Bu gün:


Rus qoşunları Kəlbəcərlə sərhəddə

Tarix: 12.08.2021 / 10:58  •   Oxundu: 96 dəfə  •  

Ermənistanda yerləşən Rusiya qoşunlarının bir hissəsi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşdirilib.
 
Rusiya KİV-nə istinadən xəbər verir ki, sərhədçilərin ərazidə hərəkətini göstərən foto sosial şəbəkələrdə paylaşılıb.
 
Rusiya sərhədçiləri Kəlbəcərlə Basarkeçər rayonunun sərhədində mövqe tutduğu xəbər verilir. Ərazidə nə qədər rus hərbçisinin olduğu məlum deyil.