Məşhur şirkətin əməkdaşı iş yerində öldürüldü
Tarix: 14.08.2021 / 11:21 •
Oxundu: 329 dəfə •
“İnvestel Group” MMC-nin əməkdaşı işylodaşı tərəfindən öldürülüb.
Bu barədə Qazax Rayon Prokurorluğu açıqlama yayıb:
"Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. .
Hazırda istintaq davam edir".