Türkiyə hərbçilərin cənazələrini Rusiyaya göndərdi
Tarix: 16.08.2021 / 13:28 •
Oxundu: 151 dəfə •
Türkiyədə qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan rusiyalı ekipaj üzvlərinin cənazələri vətənlərinə göndərilib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbçilərin cənazəsi Adana Şakirpaşa Hava Limanından Rusiyaya yola salınıb.
Təyyarə qəzasında həlak olan 3 Türkiyə vətəndaşının cənazəsi isə avqustun 15-də ailələrinə təhvil verilib.
Xatırladaq ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən “Be-200” tipli amfibiya təyyarəsi avqustun 14-də Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayıb. Təyyarədə olan 5 rus hərbçisi və 3 türk mütəxəssis həlak olub.