Bu gün:


Tanınmış sənətçi meşə yanğınlarını törətməkdə ittiham olundu

Tarix: 20.08.2021 / 12:37  •   Oxundu: 75 dəfə  •  

Əlcəzairdə tanınmış sənətçi Ben İsmail yandırılaraq öldürülüb.

İDEAL Media.az xəbər verir ki, əhali onu yanğın törətməkdə ittiham edib. Lakin bəzi mənbələrin məlumatına görə, o fəlakət bölgəsinə yanğınsöndürmə işlərinə dəstək vermək üçün gedib. Gitaradakı ifası ilə tanınan sənətçinin öldürülməsi böyük rezonans yaradıb.

Qeyd edək ki, avqustun 9-da başlayan və 3 gün davam edən yanğın nəticəsində azı 90 nəfər ölüb.