Bu gün:


Ərəb ölkəsi 5 min əfqan qaçqını qəbul edəcək

Tarix: 21.08.2021 / 09:32  •   Oxundu: 80 dəfə  •  

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 5 min əfqan qaçqını müvəqqəti olaraq öz ərazisində yerləşdirəcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə BƏƏ-nin ABŞ-dakı səfirliyinin yaydığı məlumatda deyilir.

“ABŞ-ın səylərini dəstəkləmək üçün Əfqanıstandan təxliyə edilərək üçüncü ölkəyə yönləndirilmiş 5 min qaçqını qəbul edəcəyik”, - deyə bildirilib.