Bu gün:


Rusiyadan NATO-ya mesaj: "Rus ayısı"nı oyatmayın!

Tarix: 21.08.2021 / 12:25  •   Oxundu: 139 dəfə  •  

Rusiya və Belarusun “Qərb 2021” strateji təlimi NATO-ya alyansın “rus ayısı”nı oyatmaması gərəkdiyini göstərməlidir.
 
Bunu Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov deyib.
 
Onun sözlərinə görə, NATO-nun Avropada fəaliyyəti hərbi təhdidin mövcud olduğunu nümayiş etdirir:
 
“NATO hərbçiləri istəyir ki, Rusiyada bunu hiss edib, başa düşsünlər. “Qərb 2021” təliminin gedişində biz bir daha tərəfdaşlarımıza rus ayısının narahat edilməməsi gərəkdiyini göstərməyə cəhd edəcəyik”.