Bu gün:


Tramp Baydenə Əfqanıstandakı səhvlərə görə üzr istəməyi təklif etdi

Tarix: 21.08.2021 / 17:15  •   Oxundu: 81 dəfə  •  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz xələfi Baydenə Əfqanıstandakı təxliyə prosesində buraxılan səhvlərə görə üzr istəməyi təklif edib.

Eks-prezident ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını kapitulyasiya adlandırıb.

"Baydenin dövründə Əfqanıstan: bu evakuasiya deyil, kapitulyasiyadır. Əfqanıstandan vətəndaşların təxliyəsindən öncə ABŞ qoşunlarının çıxarılması tarixdəki ən böyük taktiki səhvdir. Görəsən o, buna görə üzr istəyəcəkmi?", - deyə Tramp siyasi rəqibinə sual ünvanlayıb.