Bu gün:


Moskvada evdə əl qumbarası partlayıb, üç nəfər ölüb

Tarix: 22.08.2021 / 14:19  •   Oxundu: 143 dəfə  •  

Rusiyanın paytaxtı Moskva şəhərindəki evlərin birində "F1" əl qumbarasının partlaması nəticəsində üç nəfər ölüb.

Bu barədə "TASS"a istinadən xəbər verir.

Qeyd olunub ki, 14 yaşlı yeniyetmə hadisə yerində, daha bir şəxs təcili yardım avtomobilinə aparılarkən ölüb. Digər, 12 yaşlı uşaq isə xəstəxanada keçinib.

İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma aparılır.