Bu gün:


Ruslar "Bayraktar"ı "asan hədəf" adlandırdı

Tarix: 24.08.2021 / 14:27  •   Oxundu: 223 dəfə  •  

Türkiyənin Bayraktar pilotsuz uçuş aparatları Rusiyanın zenit-raket kompleksləri üçün çox asan hədəfdir.
 
Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Almaz-Antey" şirkətinin baş konstruktoru Pavel Sozinov söyləyib.
 
O, "Bayraktar"ın ləng hərəkət etdiyini qeyd edib.
 
"Bayraktar" çox asan hədəfdir. Onun sürəti çox aşağıdır və çəkisi 650 kiloqram olduğu üçün zenit-raket kompleksi tərəfindən asanlıqla vurula bilər.