Bu gün:


Rus mütəxəssis: Bayrakdar dərhal məhv edilməlidir, yoxsa…

Tarix: 25.08.2021 / 14:02  •   Oxundu: 218 dəfə  •  

Rusiyanın “Almaz-Antey” şirkətinin direktorunun müavini Pavel Sozinovun Türkiyənin “Bayraqdar TB2” PUA-ları ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.

İDEAL Media.az xəbər verir ki, Sozinov deyib ki, döyüş meydanında türk PUA-ları görünən kimi məhv edilməlidir.

“Biz türk PUA-silahları işə salınmadan hədəf almalıyıq. Əks halda, şansımız yoxdur” Sozinov belə deyib. Onun sözlərinə görə, Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Rusiyanın zenit-raket kompleksləri üçün çox asan hədəfdir.

"Çünki onun sürəti çox aşağıdır və çəkisi 650 kiloqram olduğu üçün zenit-raket kompleksi tərəfindən asanlıqla vurula bilər".