Bu gün:


Əli və Aişə İngiltərəyə gəlmiş 600 Əfqanıstan qaçqınına pulsuz xörək payladı...

Tarix: 28.08.2021 / 09:47  •   Oxundu: 85 dəfə  •  

Cümə axşamı –avqustun 26-da Böyük Britaniyaya gəlmiş 600 Əfqanıstanlı qaçqını artıq qızardılmış toyuqla düyü və yaşıl noxudlu isti xörəklər gözləyirdi.  Həmin yeməkləri müharibədən əziyyət çəkən dindaşları üçün Mançesterdəki “Beyti” restoranını işlədən fələstinlilər hazırlayıb və taxta qabları olan plastik konteynerlərdə qablaşdırıb.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda xarici İslam saytları "INEWS”-a istinadla məlumat yayıb.
 
Restoran sahibləri Əli Yusuf və həyat yoldaşı Aişə jurnalistlərə 30 il əvvəl öz vətənlərindəki müharibədən qaçaraq İngiltərəyə köçdüklərindən qaçqınlara kömək etməyi özlərinə borc bildiklərini söyləyiblər. 
 
"Ət tədarükçümüz xeyriyyə yeməyi üçün 600 pay hazırlayacağımızı biləndə ətin bir hissəsini bizə pulsuz bağışladı" –deyə Əli Yusuf bildirib. 
 
"Payları mümkün qədər iri etməyə çalışdıq. Çünki hərbi təyyarələrdə uçan bu insanlar bir neçə gündür ki, isti yemək görməyiblər. Onlar üçün əziz qonaqlarımız kimi xörəklər hazırladıq ki, özlərini evlərində hiss edə bilsinlər" –deyə müsəlman restoran sahibləri vurğulayıb.