Azərbaycan artilleriyaçıları Qazaxıstanda 3-cü yeri tutub
Tarix: 28.08.2021 / 10:29 •
Oxundu: 108 dəfə •
İDEAL Media.az -a Müdafiə Nazirliyindən verilən məlumata görə, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib.
Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxstandan olan artilleriyaçılar qazanıblar.
