Bu gün:


Türkiyənin "Bayraktar"ı, yoxsa Rusiyanın "Inoxodets"i

Tarix: 30.08.2021 / 09:14  •   Oxundu: 159 dəfə  •  

Mixail Jiroxov: “Bu, ciddi hərbi ekspertlər üçün qeyri-ciddi bir vəzifə olsa da, sensasiya yaratmaq dalınca qaçan ştatlı təbliğatçılar üçün yaxşı imkandır”

“Rusiyada pilotsuz təyyarələrin inkişafı uzun illərdir ki, ümidsiz şəkildə geridə qaldı və təcrübə mərhələsində olan vasitələri tamhüquqlu silahlar kimi qələmə vermək cəhdləri gülüşdən başqa bir şey doğura bilməz. Belə ki, cəmi bir neçə gün əvvəl Rusiya mediası “İnoxodets” tipli rus PUA-sının Türkiyə “Bayraktar”ından üstün olması hekayəsini kütlələrə çatdırdı”.

Bunu açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, bu barədə danışanların hamısı istehsalçı "Kronstadt" şirkətinin baş direktoru Sergey Boqatikovun dövlətə məxsus “RİA Novosti”yə verdiyi müsahibəyə istinad edir.