Bu gün:


Nigar Camal: "Çimərliyə nə geyinim?"

Tarix: 31.08.2021 / 13:29  •   Oxundu: 400 dəfə  •  

"Eurovision 2011" qalibi Nigar Camal paylaşımları ilə ən çox müzakirə olunan məşhurlardandır.
Sənətçi İnstaqram səhifəsində çimərlik geyimində və açıq-saçıq paltarlarda tez-tez fotolar yayımlayır. Müğənninin hər paylaşımı da tənqidsiz və müzakirəsiz ötüşmür.
 
N.Camal bildirib ki, heç vaxt mənfi rəylərə görə narahat olmuram:
 
"Yaydır, çimərlikdə nə geyinirlər? Bu, normal bir haldır. Tənqid yazanlara əsəbiləşmirəm. Bu onların düşüncəsidir".
 
Nigar yay istirahətindən danışıb. "İki dəfə Londona getdim, amma təyyarədən o qədər bezdim ki... Bu yay Azərbaycandan kənar heç bir yerə getmək istəmədim. Burada mənə rahatdır, sakit və istədiyim kimi" - deyə, sənətçi əlavə edib.