Bu gün:


Ərdoğandan QƏRBƏ SƏRT MESAJ: Artıq dilənçi deyilik

Tarix: 01.09.2021 / 10:59  •   Oxundu: 155 dəfə  •  

“Artıq SİHA-larımız var. Artıq Akıncılarımız var. Hamısından var. Artıq dilənçi deyilik. Əksinə indi bizdən istəyirlər”.

İDEAL Media.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, hələ Baş nazir seçiləndə pilotsuz uçuş aparatları üçün ABŞ-a müraciət edib. Lakin rədd cavabı alıb:
“İndi hamı bizdən SİHA istəyir. Azərbaycanda sözümüzü SİHA-larla dedik. Liviyada SİHA-larımızla var idik. Çünki bunların hamısı bizdə var. Öz iradəmizi ortaya qoymağa başlayanda bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq”.

Ərdoğan bildirib ki, maneələrə baxmayaraq Türkiyə doğru bildiyi yoldan dönməyəcək.