Deputat Könül Nurullayevaya töhmət verildi
Tarix: 13.11.2020 / 13:45 •
Oxundu: 192 dəfə •
Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
azmedia.azxəbər verir ki, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.
Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.
Ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib:
"Bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil".
Komissiyanın üzvləri qeyd ediblər ki, son 200 ildə müntəzəm olaraq Azərbaycan xalqına qarşı təcavüz aktları həyata keçirən, torpaqlarımıza göz dikən, 30 il Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğalda saxlayan, həmin ərazilərdə dəhşətli dağıntılar törədərək Azərbaycan insanlarına və ölkənin iqtisadiyyatına, tarixi-mədəni-dini obyektlərimizə milyardlarla manatlıq ziyan vuran, Xocalı soyqırımını törətmiş olan Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub.
Bildirilib ki, Vətən müharibəsi ilə, xalqımızın ümdə hüquqları ilə bağlı çıxışlarında hər bir deputat məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdır.
Müzakirələrin yekununda İntizam komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.