Bu gün:


11 Sentyabr terroruna dair bəzi sənədlər açıqlana bilər

Tarix: 04.09.2021 / 08:23  •   Oxundu: 75 dəfə  •  

ABŞ-da 11 sentyabr hücumuna aid bəzi sənədlərin üzərində məxfilik qrifi götürülə bilər.
 
Belə ki, ölkə prezidenti Co Bayden həmin sənədlərin icmalının yenidən nəzərdən keçirilməsi ilə bağlı göstəriş verib.
 
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terrorçuları tərəfindən qaçırılan iki təyyarə Nyu-Yorkdakı əkiz qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzi binalarına çırpılıb.
 
Daha bir təyyarə isə Pentaqonun üzərinə düşüb. Terror aktı 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.