Bu gün:


Abxaziyada "təlim" keçmiş yeni "sülhməramlı" Qarabağ komandanı öncə İrəvana gəldi...

Tarix: 09.09.2021 / 13:15  •   Oxundu: 128 dəfə  •  

Sentyabrın 9-da qəsbkar Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyasının Qarabağdakı “sülhməramlı” qüvvələrinin yeni təyin olunmuş komandiri general-mayor Mixail Kosobokovu və Ermənistan Respublikasındakı 102 -ci Rusiya hərbi bazasının təzə komandiri polkovnik Dmitri Ovçarovu qəbul edib.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda işğalçı ölkənin “Qraparak” nəşri məlumat yayıb.
Görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə attaşesi polkovnik İqor Şerbakov da iştirak edib.
 
Görüşün əvvəlində RA müdafiə naziri general -mayor Mixail Kosobokovu vəzifəyə başlaması münasibətilə təbrik edib və ona sülhməramlı missiyasında uğurlar arzulayıb.
 
Arşak Karapetyan polkovnik Dmitri Ovçarovu Rusiyadakı 102 -ci hərbi bazaya komandir təyin edilməsi münasibətilə təbrik etdi və Ermənistanda yerləşən rus bölməsinin rolunu və əhəmiyyətini vurğulayıb.
 
Nazir, Rusiya Federasiyasının bölgədəki hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, həmçinin Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının gedişatını və səmərəliliyini yüksək qiymətləndirib.