Bu gün:


Bu müsəlman xanım planetimizin qorunmasıyla məşğul olacaq...

Tarix: 11.09.2021 / 08:10  •   Oxundu: 178 dəfə  •  

Beynəlxalq Təbiəti və Təbii Ehtiyatları Qoruma İttifaqı (IUCN) Marseldəki illik toplantısında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, “Əmirliklərin təbiəti”(“Emirates of Nature”) qeyri-hökumət təşkilatının lideri və Əbu Dabi Ətraf Mühit Departamentinin rəhbəri Razan Əl-Mübarəki  bu nüfuzlu qurumun prezidenti seçib. 

Bu haqda “Arab News” məlumat yayıb. 
 
Beynəlxalq Təbiəti və Təbii Ehtiyatları Qoruma İttifaqı (IUCN) dünyanın ən böyük humanitar və ekoloji təşkilatlarını bir araya gətirmək üçün 1948-ci ildə yaradılıb. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə  89 dövlət, 109 hökumət, 800-dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut və ya mərkəzlərini birləşdirir. Hal–hazırda bu beynəlxalq təşkilat ekoloji layihələr həyata keçirən, nadir flora və fauna növlərinin qorunması, kiçik yerli xalqların mədəniyyətinin inkişafı ilə məşğul olan 1400-dən çox dövlət və ictimai təşkilatın fəaliyyətlərini əlaqələndirməyə kömək edir. 

Qeyd edilir ki,  xanım Razan Əl-Mübarək daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində Məhəmməd bin Zeyd adına Növlərin Qorunması Vəqfinə rəhbərlik edib və onun rəhbərliyi altında 160 ölkədə 2000-dən çox layihə həyata keçirilib. Bu müsəlman xanım 72 illik tarixində IUCN-ə sədrlik edən ikinci qadın olub.

Yeni tarixi və məsul vəzifəsindən bəhs edən Razan Əl-Mübarək "Xüsusilə planetin ekologiyasını qorumalı olduğumuz bu kritik məqamda IUCN-in 15 -ci prezidenti seçilməyim mənim üçün böyük şərəfdir"- söyləyib.