Bu gün:


Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Tarix: 18.09.2021 / 11:27  •   Oxundu: 152 dəfə  •  

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib.

Hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub.

Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib.

Nəticədə direktor müavininin qabırğası sınıb, nəfəs borusu və bədəninin digər nahiyələri əzilib.

A. Hacıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.