Bu gün:


Azərbaycana İLK QAR yağdı

Tarix: 25.09.2021 / 11:05  •   Oxundu: 167 dəfə  •  

Qubanın Xınalıq kəndi yaxınlığına ilk qar yağıb.

Kəndə gecə saatlarında fasilələrlə güclü leysan yağıb, yaxınlıqdakı dağlara isə qar düşüb.

Havaların qeyri-sabit keçməsi elektrik enerjisinin verilməsinə də təsir edib. Gecə saatlarından Xınalıq işıq yoxdur. Buna küləklə müşayiət olunan yağışın yağması səbəb olub.

Hazırda “Azərişıq” ASC-nin rayon şöbəsinin qəza briqadası fəsadların aradan qaldırılması ilə məşğuldur