Bu gün:


İmran Xan: Dünya 3 təhdidlə toqquşub

Tarix: 25.09.2021 / 11:42  •   Oxundu: 92 dəfə  •  

Dünya üç çağırışla – COVİD-19 pandemiyası, iqtisadi böhran və iqlim dəyişikliyi ilə əlaqədar təhdidlərlə toqquşub.

İDEAL Media.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib. O, bununla bağlı müvafiq strategiyanın qəbul edilməli olduğunu bildirib:
“Virus qeyri-müəyyən hava şəraiti ucbatından yaranan fəlakətlər kimi millətlər və insanlar arasında fərq qoymur. Biz ümumi strategiya qəbul etməliyik. Bu strategiyaya ilk növbədə vaksinlərin bərabər bölgüsü aid edilməlidir”.