Bu gün:


Putin: “Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib”.

Tarix: 18.11.2020 / 12:18  •   Oxundu: 120 dəfə  •  

Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir. Bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Türkiyəyə, onun roluna gəldikdə isə bu barədə dəfələrlə birbaşa Azərbaycandan bildiriblər, Türkiyə tərəfi də bunu heç vaxt gizlətməyib. Onlar birtərəfli qaydada Azərbaycanı dəstəkləyib”, - deyə V.Putin bildirib.