Bu gün:


Prezidentin Hüseyin Altınalanla maraqlı dialoqu: "Səni tanıyıram"

Tarix: 30.09.2021 / 14:27  •   Oxundu: 216 dəfə  •  

Prezident İlham Əliyevin Anadolu agentliyinə müsahibəsindən əvvəl Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavir vəkili Hüseyin Altınalanla maraqlı dialoqu olub.

İDEAL Media.az xəbər verir ki, Hüseyin Altınalan özünü təqdim etmək istəyərkən Prezident onu tanıdığını bildirib:
"Özümü cənab Azərbaycan Prezidenti İlham Əliyevə tanıtmaq istəyərkən "Səni tanıyıram" dedi. Qürur duyuram ... Bu, o deməkdir ki, işlərimiz ən yüksək səviyyədə izlənilir",- deyə o tvitterdəki paylaşımında qeyd edib.