Bu gün:


"Heç nə əvvəlki kimi olmayacaq" - Vüsalə qayıdır

Tarix: 04.10.2021 / 17:19  •   Oxundu: 189 dəfə  •  

"Sınaqlardan keçdiyimiz, çətinliklə rastlaşdığımız, yıxılıb-qalxdığımız yoldur həyat".
 
Bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" verilişinin yeni mövsüm anonsunda deyib. O, efirə qayıtmağa hazırlaşdığını bildirib.
 
"Nə baş versə də, itirsək də, qazansaq da dayanmaq şansımız yoxdur. Bəlkə heç nə əvvəlki kimi olmaycaq. Keçmiş keçib getməyəcək. Biz isə getməliyik, yolumuza davam etməliyik" deyə, Vüsalə sözlərinə əlavə edib.
 
Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl qardaşı Əlihüseyn Əlizadəni itirib. O, avtomobil qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.