Bu gün:


Bakıda qanunsuz tikinti işləri dayandırıldı

Tarix: 07.10.2021 / 12:42  •   Oxundu: 120 dəfə  •  

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən verilən məlumat görə, agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş Xalıqov Elşad Əzim oğlu tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.