Bu gün:


Ukraynalı deputatlar Gəncəyə getdi

Tarix: 17.10.2021 / 14:48  •   Oxundu: 80 dəfə  •  

Ukraynanın bir qrup siyasətçisi Gəncə şəhərində səfərdədir.

İDEAL Media.az xəbər verir ki, Ukrayna Ali Radasının üzvləri Azərbaycanın ikinci böyük şəhərinə səfər edərək, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar burada dünyasını dəyişmiş sivil insanların ruhuna ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.
Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumatlar verilib.