Bu gün:


Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı

Tarix: 19.10.2021 / 09:46  •   Oxundu: 82 dəfə  •  

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.
 
Yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.
 
Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb:
 
“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.