Bu gün:


Soylu: Onları azadlığa buraxmayacağıq

Tarix: 22.10.2021 / 14:30  •   Oxundu: 101 dəfə  •  

Qərb hazırda bir tamaşa oynayır və aktyoru da Avropadır.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Osman Kavalanı və Dəmirdaşı azadlığa buraxmadıq. PKK və FETÖ ilə mübarizədə heç kimdən göstəriş almadıq”, - S.Soylu bildirib.

Nazir səfirlərin müraciətini “siyasi qərar” adlandırıb.

Qeyd edək ki, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirləri Türkiyəni Osman Kavalanı həbsdən azad etməyə çağırmışdı.