Bu gün:


Araik Şuşanın Malıbəyli kəndində Hadrut erməniləri üçün bina tikintisinə baş çəkdi…

Tarix: 23.10.2021 / 08:15  •   Oxundu: 313 dəfə  •  

Vaxt vardı Şuşa şəhərində də nəsə tikmək istəyirdi, axırı nə oldu?... Sadəcə, biz yenə də böyük təpər göstərməliyik...
 
Müvəqqəti(!) olaraq  Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı  Araik Arutyunyan növbəti “işgüzar səfəri”nə Şuşa rayonunun  “Stepanakertin Açapnyak məhəlləsi” adlanan Malıbəyli kəndindən başlayıb. 
 
İDEAL Media.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  separatçı başçı 30 ilə yaxın işğal dövründə faktiki olaraq Xankəndi şəhərinə birləşmiş Malıbəyli kəndində  44 günlük müzəffər yürüşümüz zamanı azad edilmiş ərazilərimizdən köçmüş erməni ailələri üçün 
ev tikintisinin gedişatı ilə tanış olub.
 
Xatırladaq ki, saytımız bir müddət öncə Malıbəyli kəndi ərazisində “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına tikilən çoxmənzilli binalara əsasən Ağoğlan(Hadrut) qəsəbəsi və ətraf kəndlərdən köçmüş ermənilərin yerləşdirilməsinin nəzərdə tutulması haqda yazmışdı.
 
Araikin aparatının ümumi informasiya şöbəsinin məlumatına görə, layihəyə əsasən  iki, üç və dörd otaqlı 240 mənzildən ibarət 15 dördmərtəbəli binanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır...
 
 
Sonra  A.Arutyunyan   Xocalı rayonunun “Dəhrav” adlandırılmış Qayabaşı kəndində “Artsax Life” fondunun və Ermənistan ictimai televiziyasının təşəbbüsü ilə həyata keçirilən “Artsaxda 100 ev” layihəsinə əsasən ev tikintisinin gedişatını izləyib.  
 
Daha sonra separatçı başçı Xocalı rayonunun Badara kəndi yaxınlığındakı Badara çayından Xankəndinə çəkilən su kəmərinin tikintisi ilə tanış olub. Kəmər tikintisinin 2022-ci ilin yazında yekunlaşacağı bildirilib...

P.S.  Vaxt vardı,  Araik Şuşa şəhərində də, Cəbrayılda da nəsə tikmək istəyirdi, axırı nə oldu?... Sadəcə, biz xalq və dövlət  olaraq bundan sonra da böyük təpər göstərməliyik...