Bu gün:


Şuşa ətrafında döyüşlərdə məhv edilən suriyalı muzdlular.

Tarix: 20.11.2020 / 15:56  •   Oxundu: 95 dəfə  •  

Ermənistanın Daşnaksütyun Partiyası Şuşa ətrafında döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən muzdluların kimliyini açıqlayıb.
Bildirilir ki, bunlar Suriya erməniləri - Hələb şəhərində silahlı qruplaşmaların komandiri Arut Banoyan (1976-cı il təvəllüdlü), silahlı qruplaşma üzvləri Akop Astarçyan (1991-ci il təvəllüdlü) və Mosik Seklemyandır (1992-ci il təvəllüdlü).
Xatırladaq ki, ötən ay Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün göndərilən 100 nəfərdən çox könüllülərin içərisində Suriya ermənilərinin olduğunu etiraf etmişdir.