Ağdamın qızıl kimi sərvəti: xüsusi töhfə verəcək.
Tarix: 20.11.2020 / 17:27 •
Oxundu: 147 dəfə •
Müzəffər Azərbaycan Ordusu Aran Qarabağın ən böyük rayonu olan Ağdama daxil olub. Qələbəmiz və uğurlarımız davamlı, gözümüz aydın olsun.
Asmedia.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
O bildirib ki, ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir:
“İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi.İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam rayonunun torpaqlarının 92 faizi əkin üçün yararlıdır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istehsal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb.
Artıq işğaldan azad olunan Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur.
Ötən əsrin 90-cı illərində Ağdam uğrunda gedən döyüşlərdə 6 minə yaxın vətəndaşımız şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.