Bu gün:


Türkiyə Əfqanıstana 142 ton yardım göndərdi

Tarix: 25.10.2021 / 14:36  •   Oxundu: 80 dəfə  •  

Türkiyə Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda köməyə ehtiyacı olan insanlara humanitar yardım göndərib.

İDEAL Media.az xəbər verir ki, 5 TIR ilə 142 ton humanitar yardım Pakistan-Əfqanıstan sərhədindəki Torkham sərhəd qapısından keçib.

Yardım paytaxt Kabil, Daykundi, Lahman və Nuristan əyalətlərində paylanacaq. Qida yardımından 30 mindən çox insanın faydalanacağı gözlənilir.