Bu gün:


Rusiya ABŞ-la müzakirə üçün şərt irəli sürdü

Tarix: 26.10.2021 / 09:36  •   Oxundu: 70 dəfə  •  

ABŞ-la qeyri-strateji nüvə silahlarının müzakirəsi üçün ilkin şərt onların Avropadan çıxarılmasıdır.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

"Rusiya bu məsələdə ardıcıl mövqe nümayiş etdirir. Qeyri-strateji nüvə silahlarının müzakirəsi üçün ilkin şərt bu sinifdən olan Amerika döyüş başlıqlarının Avropadan çıxarılmasıdır", - A.Antonov qeyd edib.