Boz akademik özünə daha bir müavin təyin etdi
Tarix: 05.11.2021 / 23:10 •
Oxundu: 122 dəfə •
Son günlər kadrların azlığından və yarıtmazlığından gileylənən boz akademik Ramiz Mehdiyev kifayət sayda müavinlərinin olmasınma baxmayaraq özünə daha bir müavin təyin edib. O bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katibi vəzifələrini təsis edib.
İDEAL Media.az xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib və həmin iclasda akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
Saatlarla sürən uzun və dərin müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.
Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.
Rüfət Kamil