Prezidentin adı ətrafında Bakı Slavyan Universiteti və Ali Attestasiya Komissiyasının müştərək biznesi
Tarix: 06.11.2021 / 19:36 •
Oxundu: 316 dəfə •
İDEAL Media.az xəbər verir ki, tanınmış alim, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Azərxalça”nın sabiq direktoru Vidadi Muradovun ona zəng edərək, məqaləsinin xarici ölkələrin elmi nəşrlərindən birində dərc olunması üçün yardım istədiyini bildirib:
“200 dollar da cibimdən qoyub çap elədim, beynəlxalq bazada indeksləşdi və elmlər doktoru diplomu aldı (AAK-ın şərtlərinə görə, disertasiya müdafiəsində xarici elmi nəşrlərdə məqalə dərci mütləqdir – red.). Diplomunu alandan bir müddət sonra mənə zəng edib şikayət edəcəyini, AMEA rəhbərinə haqqımda pis xarakteristika verəcəyini deyərək, məqalənin çapı üçün verdiyi 500 dolları da geri aldı”.
Xatırladaq ki, analoji biznes Bakı Slavyan Universitetində də yaşanır və çiçəklənir. Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, hazırda cinayət əməllərinə görə məsuliyyətə cəlb olunan dosent Dürdanə Əliyeva ali təhsil müəssisəsinin müəllimlərindən impakt faktorlu beynəlxalq jurnalda elmi məqalə dərc etdirmək adı altında külli-miqdarda gəlir əldə etmişdir. Onunla bu işdə Bakı Slavyan Universitetinin əməkdaşları, dosent Sevil Hümmətovanın, dosent Dürdanə Tahirovanın və elmlər doktoru Vəfa Allahverdiyevanın da ortaq olduğu bildirilir.
Qeyd edək ki, impakt faktorlu beynəlxalq jurnalda elmi məqalə dərc etdirmək istəyən müəllimlərin ümidləri boşa çıxmış, pulları isə qaytarılmamışdır. Cinayətkar şəbəkə müfuzlu beynəlxalq elmi jurnalların adından istifadə edərək müəllimlərdən topladıqları pulun əvəzinə onlara içində əksəriyyəti Azərbaycan universitetlərinin müəllimlərinin məqalələri olan saxta cildli elmi məcmuə təqdim etmişlər.
Sual olunur, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası hara baxır? Ola bilsin ki, belə biznesin çiçəklənməsinə məhz elə Ali Attestasiya Komissiyası rəvac verir. Özü də "Azərbaycan Respublikasının Prezidenti yanında" söz birləşməsindən istifadə edərək qiymətləri kəllə-çarxa qaldırmaqla yaxşı bines qurublar. Bəs görəsən Azərbaycan Respublikasının Prezidentinin özünün bundan xəbəri var?
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası pulla yazdırılan, heç bir elmi əsasa söykənməyən, müəllif hüquqlarını pozan elmi məqalələri və dissertasiyaları niyə ləğv etmir? Ləğv etmirsə, demək özü bu işlərə şərikdir. Bu cinayət işinə şərik olanlar isə birbaşa ölkə rəhbərliyini də bu çirkin cinayətə ortaq edirlər.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin "qərbtəhsilli" amma "feodal təfəkkürlü" rektoru Anar Nağıyev qanunçuluq əvəzinə nepotizmi əlində rəhbər tutaraq Dürdanə Əiyevanın Bakı Slavyan Universitetindəki cinayətkar şəbəkəsinə daxil olan müəllimlərinə ABŞ-ın Miçiqan Dövlət Universitetində guya "Tolerance values in the world" adlı elmi konfransda iştirak etdiyini təsdiq edən universitetin möhürü və özünün imzası ilə təsdiq etdiyi sənədlər vermişdir. Halbuki nə Miçiqan Dövlət Universitetinin, nə Amerika Birləşmiş Ştatlarının belə bir konfransdan xəbəri olmamışdır.
Mövzu diqqətimizdədir. ABŞ Dövlət Departamentinin təkzib məktubları, Bakı Slavyan Universitetində müdafiə edilən keyfiyyətsiz, eyni zamanda zərərli ideyalarla zəngin olan dissertasiya mövzularına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yaşıl işıq yandırılmasına kimlərin himayədarlıq etməsi ilə bağlı silsilə araşdırmalarımızın nəticəsi yaxın vaxtlarda maddi sübutlarla dərc olunacaqdır.
Cavid Camal