Bu gün:


Gorus-Qafan yolundan keçmək üçün...

Tarix: 11.11.2021 / 10:15  •   Oxundu: 84 dəfə  •  

Xəbər verdiyimi kimi, Azərbaycan Gorus- Qafan avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Bununla da yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq buraxılış məntəqəsi gömrük və sərhəd nəzarətini həyata keçirəcək.

İDEAL Media.az xəbər verir ki, artıq noyabrın 11-də gecə saat 12-dən etibarən Azərbaycan Gorus-Qafan yoluna gömrük nəzarət məntəqələri yerləşdirib. Bu barədə Ermənistan İctimai Televiziyaya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan tərəfi də bu addımın qarşılığında müvafiq addımlar atacaq. Onun fikirlərinə əsasən, Ermənistan tərəfinin də yolun müəyyən hissəsində gömrük və sərhəd məntəqələri yaratmaq planı var. Onu da bildirək ki, sosial şəbəkələrin erməni seqmentində Gorus-Qafan avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi xəbərləri narahatlığa səbəb olub. İstifadəçilər düşünürlər ki, Qriqoryanın dedikləri boş və mənasız fikirlərdi. Məsələ ondadır ki, Gorus-Qafan avtomobil yolu bütövlükdə Azərbaycanın nəzarətindədir.

Xatırladaq ki, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib. Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan yük maşınlarından rüsum tələb etməyə başlayıb.