Bu gün:


Türkiyəli həkimlər “Türkovac”ın 3-cü faza klinik çalışmaları ilə əlaqədar Azərbaycanda səfərdədirlər

Tarix: 16.11.2021 / 08:27  •   Oxundu: 61 dəfə  •  

Türkiyə Sağlıq İnstitutunun başçısı Erhan Akdoğan və Türkiyə Vaksin İnstitutunun rəhbəri Ateş Kara “Türkovac” vaksininin 3-cü faza klinik çalışmaları ilə əlaqədar Azərbaycanda səfərdədirlər.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Onlar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşərək 3-cü mərhələnin Azərbaycanda həyata keçirilməsi haqqında məlumat verib, prosesin koordinasiyası ilə bağlı məsləhətləşmələr aparıblar.