Bu gün:


ABŞ-da Qarabağdakı separatçı-terrorçu hay rejiminin rəmzi olan abidə qoyuldu…

Tarix: 16.11.2021 / 09:47  •   Oxundu: 74 dəfə  •  

“Heç bir dövlət  və beynəlxalq qurum tərəfindən tanınmayan bir saxta qurumun rəmzi olduğunu bilə-bilə belə bir abidənin açılışına icazə  verirlərsə, o halda  Qarabağdakı haylara tələb etdikləri statusu elə Klivlendəkilərə versinlər...”
 
Amerikada Azərbaycan Respublikasının ayrılmaz parçası olan və 44 günlük savaşdan sonra da bir hissəsi Rusiya “sülhməramlı” kontingentinin məsuliyyət(!) zonası elan edilmiş Qarabağ torpaqlarında 30 ildən çoxdur  qondarılmış separatçı-terrorçu rejimin rəmzlərini əks etdirən abidə qoyulub.

İDEAL Media.az xəbər verir ki, bu haqda məlumat Ermənistan teleqram-kanallarında yayılıb.
 
“Amerikanın Ohayo ştatının Klivlend şəhərində üzərində Artsaxı təcəssüm etdirən məşhur “Biz və dağlarımız” ("Tatik-Papik") abidəsinin təsviri və Artsax bayrağının əks olunduğu abidənin açılışı olub” – məlumatda belə deyilir. 

P.S. Guya ABŞ-ın Klivlend şəhərinin hakimiyyət və təhlükəsizlik orqanları ermənilərin qoyduqları abidənin heç bir dövlət  və beynəlxalq qurum tərəfindən tanınmayan separatçı-terrorçu rejimin rəmzi olduğunu bilmirlər. Bunu bilə-bilə belə bir abidənin açılışına icazə  verirlərsə, o halda  Minsk qrupundakı nümayəndələrinin və Ermənistandakı  səfirlərinin Qarabağdakı haylara tələb etdikləri statusu elə Klivlendəkilərə versinlər. Qarabağdakı separatçıları da onların yanına köçürüb bəsləsinlər...