Bu gün:


Dənizdən 28 neftçi təxliyə edildi

Tarix: 16.11.2021 / 12:00  •   Oxundu: 95 dəfə  •  

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit və yağıntılı keçməsi ilə əlaqədar olaraq SOCAR-ın Azneft İstehsalat Birliyi dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə Azneft İB məlumat yayıb.

Bildirilib ki, faktiki əsən küləyin sürətindən asılı olaraq təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb:
“Təhlükəsizlik tədbirləri çərçivəsində 28 nəfər təxliyə edilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır. Qəhrəman və fədakar neftçilərimiz iş başındadır. Hazırda istehsalat öz ahəngi ilə davam edir”.