Rusiya şirkəti Kəlbəcər yaxınlığındakı qızıl mədənində işləri dayandırmağa məcbur oldu...
Tarix: 17.11.2021 / 10:00 •
Oxundu: 107 dəfə •
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zod(“Sotk”) mədənində iş dayandırılıb, 700-ə yaxın işçi təxliyə edilib.
İDEAL Media.az xəbər verir ki, bu haqda dünən sərhəddəki hərbi qarşıdurmalardan sonra Rusiya və yerli mediaya açıqlamasında sözügedən mədəninin istismarıyla məşğul olan Rusiyanın “GeoProMining Gold” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan danışıb.
Onun sözlərinə görə, sərhəd zolağı mədənin ərazisindən keçdiyindən işçilərin təhlükəsizliyini təmin etmək üçün onlar təxliyə edilib, işlər dayandırılıb.
Xatırladaq ki, 44 günlük savaşdan sonra Zod qızıl yatağının Kəlbəcər rayonu ərazisində yerləşən xeyli hissəsi işğaldan azad edilərək Azərbaycanın nəzarətinə keçib.