Bu gün:


Türk hərbçiləri Gürcüstanda

Tarix: 18.11.2021 / 16:38  •   Oxundu: 132 dəfə  •  

Gürcüstanda Kanada, Litva, Polşa, Türkiyə və Ukrayna hərbçilərinin iştirakı ilə “Maple Arch - 2021” çoxmillətli komanda qərargah təlimi başlayıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Gürcüstan ilk dəfə olaraq “Maple Arch - 2021” komanda-qərargah təlimlərinə ev sahibliyi edir.

Təlimin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin müdafiə sahəsində əlaqələrini dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsində NATO standartlarına daha da yaxınlaşdırmaq, effektiv qərarlar qəbul etməkdir.

Qeyd edək ki, iki həftəlik təlim Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) baş tutacaq.