8 il sonra Ərdoğan İsrail baş naziri ilə danışdı
Tarix: 19.11.2021 / 09:30 •
Oxundu: 580 dəfə •
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Baş naziri Naftali Bennett arasında 8 il sonra telefon danışığı baş tutub.
İDEAL Media.az xəbər verir ki, Naftali Bennett telefon danışığı zamanı sərbəst buraxılan İsrail vətəndaşları ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bundan əlavə, Bennett Türkiyə və İsrail arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib.
Qeyd edək ki, ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israilli cütlüklər Natali və Mordi Oknin sərbəst buraxılıb.