Bu gün:


Kiyev: Donbası itirməyin bir addımlığındadır

Tarix: 19.11.2021 / 09:57  •   Oxundu: 108 dəfə  •  

Kiyev Donbası itirməyin bir addımlığındadır, region üçün yeni strategiya lazımdır.

İDEAL Media.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

“Biz çox təhlükəli vəziyyətdəyik. Donbası itirməyin bir addımlığındayıq. Dostlarımızla danışıb yeni strategiyanın lazım olduğunu bildirməliyik. Deməliyik ki, bu “Minsk” işləmir. Putin daha da irəli getməyə hazırdır. İndi əsl geosiyasi ətçəkən maşın fırlanmağa başlaya bilər. Və biz bu oyunun harada olduğunu başa düşməliyik. Əgər düzgün təxmin etməsək, o zaman real təhlükəmiz var: Biz qiymə kimi doğranacağıq”, - deyə Klimkin bildirib.

Keçmiş nazirin sözlərinə görə, bu gün Donbasdakı təxribatların sayı yazdakından daha çoxdur.