ABŞ-dan Tiflisə Mişa ilə bağlı daha bir çağırış
Tarix: 19.11.2021 / 11:28 •
Oxundu: 70 dəfə •
ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini Mixail Saakaşviliyə ləyaqətlə və ədalətlə yanaşmağa, Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırıb.
İDEAL Media.az xəbər verir ki, departament bir daha Gürcüstanı Saakaşvilinin ədalətli mühakimə hüququna hörmət etməyə və onun cinayət işi üzrə məhkəmə iclaslarında iştirakını təmin etməyə səsləyib.
Qeyd edək ki, Qldani türmə xəstəxanasında saxlanılan Mixail Saakaşvili aclıq aksiyasının 49-cu günündə huşunu itirərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin Saakaşvilinin təcili olaraq mülki klinikaya köçürülməsi və ona müvafiq yardım göstəriləcəyi barədə tövsiyələrinə baxmayaraq, o, hələ də türmə xəstəxanasında qalır.