Bu gün:


Ermənistan Azərbaycanla razılığa gəlir

Tarix: 19.11.2021 / 15:25  •   Oxundu: 95 dəfə  •  

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq. Hətta Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib".

İDEAL Media.az xəbər verir ki, bu açıqlamanı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” frakskyasının üzvü Andranik Köçəryan bildirib. O qeyd edib ki, danışıqlar gizli şəkildə aparılır.

"Texniki məsələlərlə bağlı razılıq əldə edilən kimi, Ermənistan komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq". Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan deyib ki, bu işdə məxfilik son dərəcə zəruridir. "Əslində, danışıqlar heç vaxt açıq aparılmır, demək olar ki, həmişə gizli olur. Yeni toqquşmalara səbəb ola biləcək yeni qaynar nöqtələr yaratmamaq üçün çox diqqətlə aparılmalıdır" deyə Ovanisyan qeyd edib.