Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi
Tarix: 29.11.2021 / 11:00 •
Oxundu: 78 dəfə •
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.
Hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.
Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.
Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.