Bu gün:


F-35 gəmidən havaya qalxarkən dənizə düşdü

Tarix: 30.11.2021 / 09:51  •   Oxundu: 190 dəfə  •  

Böyük Britaniyaya məxsus F-35B qırıcı təyyarəsi havaya qalxmağa hazırlaşarkən gəmidən dənizə düşüb.

İDEAL Media.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Seb Haqqart Tvitter hesabında görüntülər paylaşıb. Belə ki, noyabrın 17-də “Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisindən havaya qalxmağa çalışan F-35B qırıcısı dənizə düşüb, pilot yüngül xəsarət alıb.

Qəzaya səbəb uçuş zamanı mühərrikdəki ştepsel olub, çünki ekipaj qırıcını uçuşa hazırlayarkən ştepselləri çıxartmayıb.