Bu gün:


Türkiyədən ABŞ-ın “S-400” ittihamlarına REAKSİYA.

Tarix: 23.11.2020 / 16:00  •   Oxundu: 62 dəfə  •  

Türkiyə ABŞ-ın Rusiyanın “S-400” zenit-raket kompleksi ilə bağlı siyasi bazarlıq iddiasını qəbuledilməz hesab edir.
Bu barədə “Twitter”də yazan hakim partiyanın sözçüsü Ömər Çelik bildirib ki, komplekslər ölkəni qorumaq üçün alınıb.
Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başlayıb.
Vaşinqton son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salmasını və ya hətta ləğv etməsini, sanksiyalar tətbiq ediləcəyi ilə hədələyərək, müqavilədən imtina etməsini, əvəzində ABŞ-ın “Patriot” sistemlərinin alınmasını tələb edib.
Ankara güzəştə getməkdən imtina edib və əlavə “S-400” partiyası ilə bağlı danışıqları davam etdirib.