Rusiya Ukraynaya bu tarixdə hücum edəcək
Tarix: 04.12.2021 / 16:21 •
Oxundu: 110 dəfə •
Rusiya ordusu gələn ilin əvvəlindən etibarən Ukraynaya qarşı müxtəlif cəbhələrdən hücuma keçəcək.
İDEAL Media.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinə Amerika kəşfiyyatından məlumat sızdırılıb.
Sızdırılan sənəddə Rusiya qoşunlarının mövqeləri də yer alıb.
İddia olunur ki, Rusiya 175 min əsgərlə Ukraynaya hücum planlaşdırır:
“Rusiya yeni texnika ilə yanaşı, 50 taktiki bölməni Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirib. Hazırkı taktiki bölmədə əsgər sayı 70 minə yaxındır. Bu rəqəm yaxın vaxtda 175 minə çatdırılacaq”.
Bundan başqa, Rusiyanın Ukrayna ilə sərhədə hədəfi çaşdırmaq üçün davamlı olaraq hərbçi yığdığını və bir müddət sonra geri çəkdiyi də iddia olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna hərbi kəşfiyyatının rəhbəri, general Kirill Budanov Rusiyanın Ukrayna sərhədinə 92 mindən çox hərbçi yığdığını və yanvarın sonu, fevralın əvvəlinə hücuma hazırlaşdığını bildirmişdi.